İlham Zəkiyev mahnı ifa edib virusa meydan oxudu - VİDEO

İlham Zəkiyev mahnı ifa edib virusa meydan oxudu - VİDEO
20:42 18 Mart 2020
198 İdman
Ölkə mətbuatı
A- A+

Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev "Virusa meydan oxuyaq" kampaniyasına qoşulub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, həmçinin Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev "Qal, sənə qurban" mahnısını oxuyaraq estafeti Əməkdar artist Coşqun Rəhimova ötürüb.

Qeyd edək ki, ilk olaraq bu kampaniyanı İctimai televiziya başladıb. "Xəbərlər" proqramının aparıcısı Jalə Həsənli Tünzalə Ağayevanın repertuarından "Bu gün hər şey yaxşı olacaq" mahnısını səsləndirib və estafeti digər dörd həmkarına ötürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/834920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR