Türkiyədə yaşlıların sayı artıb

Türkiyədə yaşlıların sayı artıb
23:57 18 Mart 2020
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyə əhalisi arasında 65 yaşdan yuxarı olanların sayı son beş ildə 21,9 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, statistik göstəricilərə əsasən, 2019-cu ildə ölkədə yaşlı təbəqənin sayı 7 milyon 550 min 727 nəfər olaraq hesablanıb. Bu rəqəm ümumi əhalinin 9,1 faizini təşkil edib. Bu insanların 44,2 faizi kişilər, 55,8 faizi isə qadınlardır ki, onların da 9,1 faizinin yaşı 85-dən yuxarıdır.

2014-cü ildə yaşlı təbəqənin sayı 6 milyon 192 min 962 nəfər olub.

Mütəxəssislər bunu Türkiyədə doğum və ölüm saylarının azalması ilə izah edirlər. Belə ki, ölkədə uşaq və gənclərin sayında da azalma müşahidə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR