“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib

“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib
07:32 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Nokia" şirkətinin Londonda keçiriləcək təqdimatında yalnız qabaqcıl modellər deyil, həm də daha ucuz smartfon nümayiş etdiriləcək. Sözügedən tədbirin keçirilməsindən əvvəl artıq "Nokia C2 4G" modelinin bütün xüsusiyyətləri məlum olub.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Android 9 Pie" ("Go Edition") sisteminin idarəetməsi altında işləyən smartfon HD+ təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS displey, 1,4 QHs takt tezliyində işləyən dördnüvəli "UNISOC" prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla ("microSD" yaddaş kartı vasitəsilə daxili yaddaşın tutumunu 64 QB-dək artırmaq mümkündür) təchiz ediləcək.
 
Smartfon 5 meqapiksellik (mp) əsas kamera (f/2.2) və eyni təsvir ölçüsünə malik ön kameraya malikdir. "Nokia C2" cihazı 2800 milliamper/saat tutumunda çıxarılıb-taxılan akkumulyator, 3,5 mm-lik audio konnektor və "Google Assistant" səs köməkçisinin işə salınması üçün xüsusi düymə ilə təchiz ediləcək.
 
"Nokia C2" smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:
Ekran: IPS, 5,7 düym, 18:9
Prosessor: dördnüvəli "UNISOC" (1,4 QHs)
Əməli yaddaş: 1 QB
Daxili yaddaş: 16 QB ("microSD" yaddaş kartı vasitəsilə 64 QB-dək artırıla bilər)
Akkumulyator: 2800 milliamper/saat
Əsas kamera: 5 mp (f/2.2)
Ön kamera: 5 mp
Əməliyyat sistemi: "Android 9 Pie Go Edition"
Əlaqə: "4G VoLTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.2", "GPS"
Konnektorlar: micro USB, 3,5 mm
Əlavə olaraq: FM radio, "Google Assistant" düyməsi
Ölçü: 154,8 x 75,59 x 8,85 mm
Çəki: 161 qram

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR