Smartfon ekranları üçün ən təhlükəsiz şifrələr açıqlandı – SİYAHI

Smartfon ekranları üçün ən təhlükəsiz şifrələr açıqlandı – SİYAHI
08:57 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

Dördrəqəmli, yoxsa altırəqəmli şifrələr? Alman və amerikalı tədqiqatçılar smartfon ekranlarını şifrələmək üçün ən təhlükəsiz kodların siyahısını hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, araşdırmaya görə, altırəqəmli şifrələr dördrəqəmli şirələrdən daha zəifdir.

Tədqiqatçıların fikrincə, dördrəqəmli kodlar on min kombinasiya, altırəqəmli kodlar isə bir milyon kombinasiyaya malikdir. Lakin istifadəçilər çox zaman asan "sındırılacaq" şifrələrdən istifadə edirlər: "Araşdırmaya əsasən, deyə bilərik ki, insanlar altırəqəmli şifrələrə çox da etibar etmirlər. Yekun olaraq qeyd edək ki, rəqəmsal şifrələr qrafik açanlardan daha etibarlıdır".

Araşdırmaçılar bu şifrələri smartfon ekranları üçün ən təhlükəsiz hesab edirlər: 1234; 0000; 2580; 1111; 5555; 5683; 0852; 2222; 1212; 1998; 123456; 654321; 111111; 000000; 123123; 666666; 121212; 112233; 789456; 159753.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR