Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib

Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yeni qazılmış ərazidəki betona çırpılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR