Özünü 15-ci mərtəbədən atmaq istəyən qadını belə xilas etdilər - VİDEO

Özünü 15-ci mərtəbədən atmaq istəyən qadını belə xilas etdilər - VİDEO
10:37 19 Mart 2020
109 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada xilasedicilər hündür mərtəbəli binadan özünü atmaq istəyən qadını xilas ediblər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident martın 18-də gündüz saatlarında İrkutsk əyalətinin Baykal traktatı yaxınlığında baş verib.

Hadisənin görüntüləri qarşı binadakı bir sakin tərəfindən qeydə alınıb.

Kadrlarda, 15-ci mərtəbənin eyvanının məhəccərindən tutaraq intihar etmək istəyən qadın görülür.

Xilasedicilər aşağıdakı mənzilin eyvanından uzun müddət onu fikrindən çəkindirməyə çalışsalar da, buna nail olmayıblar.

Bundan sonra qadın məhəccərdən tutaraq özünü aşağıya sallayıb. Bu zaman xilasedicilərdən biri qadının ayağından tutaraq aşağı çəkib və onu intihar etməkdən son anda xilas edib.

Sifətindən xəsarətlər alan qadın təcili tibbi yardım briqadasının əməkdaşlarına təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR