Britaniyada bir gecədə 33 nəfər koronavirusdan öldü - Metrostansiyalar bağlandı - FOTO

Britaniyada bir gecədə 33 nəfər koronavirusdan öldü - Metrostansiyalar bağlandı - FOTO
10:47 19 Mart 2020
130 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyada koronavirusa yoluxanların sayı artıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 104 nəfərə çatıb. Təkcə bir gün ərzində 33 nəfər bu virusdan dünyasını dəyişib. Ölənlərin yaşı 59-99 arasıdır.

Britaniyada koronavirusa yoluxanların sayı 2626 nəfərdir. Onlardan ən azyaşlısı Mançesterdə doğulan körpədir.

Statistikaya görə Londonda bir gecədə koronavirusun ölüm riski 46 faizə qalxıb.

Koronavirusa görə bir sıra sosial izolyasiya tədbirləri görülüb. Belə ki, Londonda məktəblər, 40 metrostansiya, bütün McDonalds restoranları bağlanıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 219345 nəfər yoluxub. 8969 nəfər bu virusdan ölüb, 85745 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR