İngiltərədə koronavirusa görə metro stansiyaları bağlanıldı

İngiltərənin paytaxtı Londonda koronavirusla mübarizə çərçivəsində metro stansiyalarının qismət bağlanması qərarı verilib.

Metbuat.az xəbər verir ki, bu gündən etibarən 40 metro stansiya bağlı olacaq. Həmçinin, avtobus, qatar və tramvay xətlərində də səfərlər azaldılacaq.

Qeyd edək ki, son rəqəmlərə görə, ölkədə son 24 saatda daha 33 nəfər virusdan həyatını itirib və ölü sayı 104-ə çatıb. Yoluxanların sayı isə 676 nəfər artaraq 2 min 526 olub.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR