Avstraliya sərhədləri bağlayır

Avstraliya sərhədləri bağlayır
12:12 19 Mart 2020
161 Dünya
Ölkə mətbuatı
A- A+

"Avstraliya koronavirus epidemiyasının qarşısını almaq məqsədilə xarici vətəndaşlar və ölkədə daim yaşamayan şəxslərin üçün sərhədləri bağlayır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Skott Morrison elan edib.

O bildirib ki, Avstraliyada qeydə alınan yoluxma hallarının təxminən 80 faizi ölkə xaricində qeydə alınıb.

Qərar martın 20-dən başlayaraq qüvvəyə minəcək.

Qeyd edək ki, bu günədək Avstraliyada koronavirus infeksiyasına 636 yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR