Bakıda mağazadan seyf oğurlandı

Bakıda mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluğa cəhd etdiyinə görə tutulan E.Mustafayevin və M.Xəlilovun ətraflarında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Balakən rayon sakini, əvvəllər məhkum olunmuş T.Hacıyevlə birgə martın 11-də rayon ərazisindəki mağazaların birindən içərisində 1 213 manat olan seyfi oğurlamaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR