Dünya Kubokunda 3-cü mərhələ başlayır

Dünya Kubokunda 3-cü mərhələ başlayır
17:57 17 Yanvar 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi start götürür. Fanat.az xəbər verir ki, planetin 46 ölkəsindən olan idmançıların mübarizə aparacağı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.


İdmançılarımız bu gün 2 növdə çıxış edəcəklər. Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 nəfər arasında mükafat qazanmağa çalışacaq. Sergey Omelçenko isə 29 nəfərin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.


Dünya Kubokunun 3-cü mərhələsinə sabah yekun vurulacaq. Son yarış günü idmançılarımızdan yalnız Olqa İsmayılova çıxış edəcək - o keyrin növündə medallar uğrunda yarışacaq. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunya-kubokunda-3-cu-mrhl-balayr-t17550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR