Yeni “Samsung” televizorları “Wi-Fi 6” standartını dəstəkləyəcək

Yeni “Samsung” televizorları “Wi-Fi 6” standartını dəstəkləyəcək
15:35 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkətinin yeni "QLED 8К" televizorları "Wi-Fi 6" standartı dəstəyi ilə təchiz ediləcək. Cənubi Koreya istehsalçısına müvafiq sertifikat "Wi-Fi Alliance" təşkilatı tərəfindən verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Mediasat" resursuna istinadən yazır ki, söhbət bu il buraxılan "Q950" və "Q900" seriyalı televizorlardan gedir. "Wi-Fi 6" dəstəyi "Wi-Fi 5" ilə müqayisədə məlumatları dörd dəfə daha yüksək sürətlə ötürərək şəbəkədə eyni anda bir neçə qurğunun stabil qoşulmasını saxlamağa imkan verir.

 

Bildirilir ki, "Wi-Fi 6" standartından istifadə Cənubi Koreya şirkətinin televizorlarına şəbəkəyə 12 Qbit/saniyə sürətlə daxil olmağa şərait yaradacaq ki, bu da təkcə "8К" formatlı videonu deyil, eyni zamanda digər kontenti, o cümlədən oyunları yubanmadan ötürməyi təmin edəcək.

 

Xatırladaq ki, "Wi-Fi 6" 12 Qbit/saniyə ötürmə sürətini təmin edən "802.11ax" simsiz məlumat ötürmə standartıdır.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67261-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR