Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, martın 18-də saat 21 radələrində şəhər ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurub və aşaraq yolun kənarında dayanıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR