Müxalifət bu islahatların uğurlu nəticələnməsini istəyirsə dialoqa qoşulmalıdır - Deputat

Müxalifət bu islahatların uğurlu nəticələnməsini istəyirsə dialoqa qoşulmalıdır - Deputat
18:12 19 Mart 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cənab Prezident İlham Əliyev xalqı Novruz bayramı münasibətilə təbrik edərkən bir çox mühüm məsələlərə toxundu".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dövlət başçısı əsasən dünyada tüğyan edən koronavirusla mübarizə tədbirlərinə toxunub:

"Cənab Prezident xalqı bu bəlaya qarşı birləşməyə çağırdı. Məlumdur ki, koronavirusla bağlı ölkədə bütün lazımi tədbirlər görülür. Dövlət başçısı da çıxışında bu barədə danışdı və əhalini diqqətli olmağa çağırdı. Prezident lazım olacağı təqdirdə ölkədə fövqəladə vəziyyətin də elan olunacağını istisna etmədi. Bu addımların hər biri ölkə vətəndaşlarının təhlükəsizliyinə hesablanıb. Dövlət bu virusun ölkə ərazisində yayılmaması üçün bütün imkanlarından istifadə edir. Bu addım hər kəs tərəfindən alqışlanmalıdır".

Millət vəkili Prezidentin çıxışında müxalifətin iqtidarla dialoqdan qaçması barədə fikirlərinə də münasibət bildirib. T.Kərimli qeyd edib ki, dövlət başçısı bu məsələdə müxalifətə haqlı irad tutub:

"Cənab Prezidentin bu barədə dediklərini mən dəstəkləyirəm. Azərbaycan dövləti heç vaxt indiki kimi qüdrətli olmayıb. Azərbaycan iqtidarı bu məsələdə öz böyüklüyünü nümayiş etdirərək müxalifətə dialoq təklif etdi. Müxalifətin mütləq əksəriyyəti də bu dialoqa razılaşıb, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP isə bundan imtina edib. Birincisi, müxalifətlə dialoqa girən şəxs Prezident Administrasiyasının yüksək rütbəli şəxsidir və o dialoqda cənab Prezidentin mövqeyindən çıxış edir. Digər tərəfdən, Əli Kərimlinin ölkədə heç bir tərəfdarı olmadığı halda, o kimə arxalanıb dialoqdan imtina edir? Onun dialoqdan imtina etməsi absurddur. Əli Kərimli hazırda ölkədə heç bir nüfuzu olmayan şəxsdir. Mən burdan Əli Kərimliyə demək istəyirəm ki, ən azından hər kəsin bir keçmişi var və keçmişini xatırlasa kim olduğunu dərk edər və bu dialoqdan imtina etməz. Nə qədər gec deyil, mən müxalifəti ağıllanmağa və bu fürsətdən istifadə etməyə çağırıram. Heç bir çıxışı olmayan, hakimiyyətə gəlmək şansı sıfıra bərabər olan müxalifət bu təklifi təcili dəyərləndirməlidir. Azərbaycanda aparılan islahatlar nəticəsində ölkədə böyük bir dönəm başlayıb. Bunu qiymətləndirmək və dövlətə dəstək olmaq hər birimizin borcudur. Bu dialoq sayəsində verilən təkliflər əsasında Azərbaycanda çox böyük işlər görmək, islahatları davam etdirmək olar. Müxalifət bu islahatların uğurlu nəticələnməsini istəyirsə dialoqa qoşulmalıdır. Zənnimcə bu dialoq təklifi müxalifətin ən uğurlu şansıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/835202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR