Bakıda 3 qadını vəhşicəsinə döydülər

Bakıda 3 qadını vəhşicəsinə döydülər
11:15 25 Dekabr 2014
162 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda 3 qadın döyülüb. Hüquq-mühafizə orqanları əməkdaşlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə paytaxtın iki rayonunda qeydə alınıb.

Binəqədi rayonunda, Binəqədi yolu döncə 2 ünvanında yaşayan 73 yaşlı M.X. və 49 yaşlı M.F. möhkəm döyülüb. Hadisə saat 08 radələrində qeydə alınıb. Döyülən yaşlı qadını vəziyyəti nisbətən ağırdır.

Digər hadisə isə saat 11:15-də Xətai rayonunda baş verib. Gəncə prospektində yaşayan 25 yaşlı K.M. döyülüb. Onun burnu sınıb. Qadın xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR