Qüdrət Həsənquliyev Prezidentin çağırışına qoşuldu

Qüdrət Həsənquliyev Prezidentin çağırışına qoşuldu
18:33 19 Mart 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

“BayMedia” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Prezidentin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmana münasibətini öyrənib.

Publika.az həmin açıqlamanı təqdim edir:

Millət vəkili ölkə başçısının bu qərarını alqışladığını və zamanında verilmiş fərman olduğunu bildirib:

"Fürsətdən istifadə edib Prezidentin bu çağırışına qoşulduğumu bəyan edirəm və fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm. Dövlət başçısının bu fərmanı tarixi əhəmiyyət kəsb edir və onun ölkə vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Xoşbəxtlikdən Prezidentin bundan öncə də müvafiq addımları ilə ölkəyə vaxtında lazımi avadanlıq və preparatlar, qoruyucu vasitələr gətirilib və karantin tədbirləri görülüb. İnşallah, Azərbaycan əsrin bəlasını çevrilməkdə olan bu virusa qarşı mübarizədən ən az itkilərlə çıxa bilən bir dövlət olacaq. Bunu arzu edirəm və ümid bəsləyirəm. Eyni zamanda, hamını milli həmrəyliyə və bu bəlaya qarşı birgə mübarizəyə çağırıram. Təlaşa gərək olmasa da səhlənkarlığa da yer yoxdur. Diqqətli və təmkinli olmaqda fayda var”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR