Türkiyə bu ölkələrlə sərhədləri bağladı

Türkiyə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Yunanıstan və Bolqarıstanla sərhədləri bağlayıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyə ilə Yunanıstan arasında “Pazarkule”, “İpsala” və “Uzunkörpü”, Bolqarıstanla sərhəddə isə “Dereköy”, “Hamzabeyli” və “Kapıkule” sərhəd-keçid məntəqələrində vətəndaşların giriş-çıxışına qadağa qoyulub.

Qabaqlayıcı tədbirlər çərçivəsində Yunanıstanın mərkəzi limanından, həmçinin yunan adalarından Türkiyəyə gəmi səfərləri də qarşılıqlı olaraq dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR