Dünyanın ən uzun uçuşu qeydə alındı - 18 saat

Dünyanın ən uzun uçuşu qeydə alındı - 18 saat
21:12 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

Bu günədək dünyanın ən uzunmüddətli uçuşu dedikdə ağla ilk gələn Sinqapur Hava Yolları olurdu. Şirkətin Airbus A350-909ULR ilə həyata keçirdiyi Sinqapur - Nyu-York uçuşu 16 saat davam etmişdi. Koronavirusa görə hava nəqliyyatına müəyyən məhdudiyyətlər qoyulduqdan sonra isə uçuş rekordu yenilənib.

Milli.Az ted.az-a istinadən bildirir ki, dünyanın ən uzunmüddətli uçuşu Fransa əyalətlərindən birində qeydə alınıb. Pepeete-Paris uçuşları zamanı təyyarə Los Ancelesə enir, daha sonra yoluna davam edirdi. Amerika səyahət qadağalarını Fransa Hava Yollarına da aid etdiyinə görə Los Ancelesə eniş mümkün olmayıb. Martın 15-dən birbaşa uçuşların həyata keçirilməsinə qərar verilib və dünyanın ən uzun uçuş rekordu yenilənib. O, 18 saat 30 dəqiqə davam edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR