Türkiyədə koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı

Türkiyədə koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı
01:42 20 Mart 2020
158 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, virusa yoluxanların ümumi sayı gün ərzində demək olar ki, iki dəfə artaraq 359 nəfərə çatıb.
“Son 24 saat ərzində keçirilən 1 981 testdən 168-i müsbət olub. Xəstələrin sayı 359-a çatıb. Təəssüf ki, 85 yaşlı bir qadını itirdik. Dünyasını dəyişənlərin sayı dördə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb.
Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-koronavirusa-yoluxanlarin-sayi-359-nefere-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR