Çinin nəhəng şirkəti Avropa və Afrikaya maska göndərdi

Çinin nəhəng şirkəti Avropa və Afrikaya maska göndərdi
05:32 20 Mart 2020
184 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin "Alibaba" şirkətinin qurduğu "Alibaba" və "Jack Ma" vəqfi Avropanın COVID-19-a qarşı mübarizəsinə dəstək verib.

Milli.Az xəbər verir ki, vəqflər Avropaya iki milyon maska və koronatest kitləri yollayıb.

Belçikanın Liege hava limanına göndərilən yük təyyarələrindən biri daha sonra İtaliyaya yarım milyon maska və tibbi ləvazimatlar aparacaq.

Bundan başqa, vəqflər koronavirusun qarşısının alınması və nəzarətinə kömək məqsədilə 54 Afrika ölkəsinə test kitləri, maska və qoruyucu geyimlər yollayacaq.

Qeyd edək ki, Belçika "Alibaba"nın idarə etdiyi elektron dünya ticarəti platformasının (eWTP) Avropadakı ortağıdır. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR