İtaliyada koronavirusdan dünyasını dəyişənlərin əksəriyyəti digər ciddi xəstəliklərdən əziyyət çəkib

İtaliyada koronavirusdan dünyasını dəyişənlərin əksəriyyəti digər ciddi xəstəliklərdən əziyyət çəkib
06:32 20 Mart 2020
194 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya Səhiyyə Nazirliyinin apardığı monitorinqlərdə məlum olub ki, koronavirus yoluxmasından dünyasını dəyişənlərin 99 faizi daha əvvəl hansısa ağır xəstəliklərdən əziyyət çəkmiş şəxslərdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada virusdan ölüm sayı 2500 nəfəri keçib və 31 min 500-dən çox rəsmi yoluxma faktı var. Baş Nazir Cüzeppe Konte ölkə üzrə karantin müddətinin artırılması fikrinin də gündəmdə olduğunu deyib.

Roma Epidemiologiya İnstitutu indiyədək vəfat edənlərin xəstəlik tarixçəsini araşdırıb və məlum olub ki, yalnız 3 nəfərdə daha əvvəl ciddi hər hansı xəstəlik olmayıb, digərləri isə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən və ya immun sistemi zəifləyən insanlar olub.

İtaliyada koronavirusdan dünyasını dəyişən insanların yaş ortalaması 79,5-dir. Martın 17-nə olan statistikaya əsasən, cəmi 17 nəfər 50 yaşadək olan insan bu xəstəlikdən dünyasını dəyişib. Bunların hamısı başqa ciddi xəstəlikdən əziyyət çəkənlər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR