ABŞ-da koronavirusdan ölənlərin sayı 200 nəfərə çatdı

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 nəfərə çatdı
07:12 20 Mart 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı 200 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu rəqəm Cons Hopkins universitetinin məlumatlarında yer alıb.
Universitetin federal hakimiyyətdən və ştatların rəsmi nümayəndələrindən aldığı məlumatlara əsasən ölkədə 13 680 yoluxma halı qeydə alınıb, 200 nəfər ölüb.
Daha çox ölüm halı Vaşinqton ştatında qeydə alınıb - 74 nəfər. Nyu -Yorkda isə virus 34 nəfərin həyatına son qoyub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-koronavirusdan-olenlerin-sayi-200-nefere-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR