"Apple" şirkəti koronavirusa görə İtaliyaya yardım ayırır

ABŞ-ın “Apple” şirkəti yeni növ koronavirusla mübarizədə İtaliyaya kömək edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk özünün “Tvitter” səhifəsində yazıb:

“Bir-birimizə dəstək hazırda olduğu qədər heç vaxt vacib olmayıb. Biz tibbi avadanlıq və ləvazimatlar da daxil olmaqla İtaliyanın Mülki Müdafiə İdarəsinə mühüm yardım göstərəcəyik”.

Martın 13-də “Apple” dünyada koronavirus pandemiyasına qarşı mübarizə üçün cəmi 15 milyon dollar ayırdığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR