Tramp koronavirusa görə G-7 liderlərinin görüşünü təxirə salacaq

ABŞ prezidenti Donald Tramp iyun ayında Kemp-Devid iqamətgahında keçirilməsi nəzərdə tutulan G-7 liderlərinin görüşünü COVID-19 pandemiyasına görə təxirə salacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb. Qeyd olunub ki, digər liderlər Trampın qərarı barədə məlumatlandırılıb.

Agentlik bildirib ki, “Yeddilik” liderləri arasında görüş video-konfrans vasitəsilə aprel və may aylarında baş tutacaq.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR