Texasda günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar ayrılır

Texasda günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar ayrılır
10:52 20 Mart 2020
128 Dünya
Ölkə mətbuatı
A- A+

"Lightsource BP" müəssisəsi və digər investorlar Texasda "Impact Solar" günəş elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə yatıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BP şirkəti xəbər verib.

Stansiyanın gücünün 260 MVt olması nəzərdə tutulur. Qeyd olunur ki, stansiyadan alınan elektrik enerjisi BP ilə uzunmüddətli saziş əsasında satılacaq.

Obyektin kommersiya istismarına 2020-ci ilin sonunda başlanması gözlənilir.

Xatırladaq ki, "Lightsource BP" günəş energetikası sahəsində irimiqyaslı layihələrin inkişafı və idarə olunması üzrə Avropanın ən iri şirkətidir və 50 faiz payı BP-yə məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR