"Özümü siyasətçi hesab etmirəm, Milli Məclisə təsadüfən düşmüşəm" - Erkin Qədirli / FOTO

“Mən bütün bu illərdə jurnalistlərdən elə belə qaçmırdım. Bu gün mən “Azadlıq” radiosuna müsahibə verdim. Müsahibə dəhşətli dərəcədə biabırçı alındı, hərdən mən öz qəzəbimi boğa bilmirdim. Müsahibədən sonra mən özümü əzilmiş hiss etdim”.

Metbuat.az xəbər verir ki, bu sözləri ReAL hərəkatından deputat Erkin Qədirli özünün "Facebook" hesabında yazıb. Erkin Qədirli bəyan edib ki, özünü siyasətçi hesab etmir və ona görə də həmin biabırçılığı müsahibə vermək bacarığının olmaması ilə əsaslandırır:

“Jurnalist İsmayıl Cəlilova verdiyim müsahibə tam biabırçılıq idi. Əgər mən özümü siyasətçi hesab etsəydim o zaman deyərdim ki, siyasətçi kimi məhv olmuşam”.

Qeyd edək ki, Erkin Qədirli hüquqşünas Xalid Bağırovla birlikdə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovun "Youtube" kanalına müsahibə veriblər. Müsahibə zamanı Erkin Qədirlidən ReAL sədri İlqar Məmmədovun son bəyanatı haqda soruşublub. İlqar Məmmədov sözügedən bəyanatında parlamentin son iclası zamanı Erkin Qədirlinin internetdə xoşagəlməz informasiyaların yayılmasına görə cəzaları nəzərdə tutan düzəlişə niyə səs verdiyini əsaslandırmağa çalışmışdı.

X.Bağırov qeyd edib ki, həmin qanun gələcəkdə Azərbaycanda tənqidi səsləri susdurmaq üçün istifadə oluna bilər. Erkin Qədirli isə bu zaman qoyulan suallara tutarlı cavablar verə bilməyib, tez-tez çaşıb və hətta aparıcını təxribatçı suallar verməkdə günahlandırıb. Müsahibənin sonunda Qədirli deyib ki, özünü siyasətçi hesab etmir və Milli Məclisə təsadüfən düşüb. Aparıcı isə onu özünü biabır etməməyə çağırıb və Qədirli ilə söhbəti yarımçıq kəsib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR