Bu maddə ürək-damar xəstəliklərinin əsas səbəbidir - Xolesterin deyil

Bu maddə ürək-damar xəstəliklərinin əsas səbəbidir - Xolesterin deyil
14:22 20 Mart 2020
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Adətən biz xolesterini ürək-damar sisteminin əsas "düşməni" kimi görürürk. Lakin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən bir çox insanlarda xolesterin normada olur.

Digər tərəfdən yüksək xolesterinin salınmasına yönəlmiş müalicə  da bəzən heç bir effekt vermir.

Mütəxəssislər qeyd edir ki, əslində ürək və damarların əsas düşməni heç də xolesterin deyil, homosisteindir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu haqda rusiyalı həkim-endokrinoloq, diabetoloq Dilyara Lebedeva məlumat verib.

Homosistein orqanizmdə əmələ gələn aminturşusudur. Fol turşusu, B6 və B12 vitaminlərinin təsirindən homosistein orqanizmdən xaric olunur. Lakin bu vitaminlərin çatışmazlığı və bzəi digər səbəblər nəticəsində homosistein orqanizmdə toplanaraq damarların divarlarını zədələyir, onları daha boş və yumşaq edir ki, nəticədə xolersterin belə damarlarda daha asan və tez yığılır. Bilmək lazımdır ki, saglam və möhkəm damarlarda xolesterin yığılmır. Beləliklə, məhz homosistein ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun inkişafına təkan verir.

Həkim qeyd edib ki, homosisteinin orqanizmdə optimal səviyyəsi 5-7 mkmol/l. Onun 5 mkmol/l və daha çox qalxması aterosklerozun riskini qadınlarda 80, kişilərdə 60% qaldırır.

Lebedeva vurğulayıb ki, profilaktik müayinələr zamanı xolesterinlə yanaşı homosisteinin səviyyəsi də mütləq təyin olunmalıdır.

Homosisteinin artmasının əsas səbəbləri bunlardır: bəzi dərman preparatlarının (metotreksat, karbamazepin, fenitoin və s.) qəbulu, B12, B6 və B9 (fol turşusu) vitaminlərinin defisiti, spirtli içkilər və siqaret, qəhvənin çoxlu miqdarda istehlakı, oturaq həyat tərzi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/812672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR