Fransada karantin rejimini pozduğuna görə 18 000 nəfər cərimələndi

Fransada karantin rejimini pozduğuna görə 18 000 nəfər cərimələndi
16:02 20 Mart 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Fransada koronavirus səbəbindən tətbiq edilən karantin rejiminin çətinliyini insanlar müxtəlif sosial həmrəylik metodları ilə dəf etməyə çalışırlar.
“Report”un Fransa bürosu xəbər verir ki, ölkədə tətbiq olunan karantin rejimi nəticəsində evdən bayıra çıxa bilməyən, lakin yardıma ehtiyacı olan yaşlı, xəstə, tənha insanlar pəncərədən qırmızı parça asmaqla köməyə ehtiyacları olduğunu bildirirlər.
Bazarlıq etmək üçün bayıra çıxa bilməyən bu virusun əsas qurbanları olan yaşlılar və zəif insanlar tənha və ailəsiz olduqları halda, bu yeni ünsiyyət forması ilə çətinlikdə olduqlarını xəbər edirlər.
Qeyd edək ki, bu günə qədər Fransada COVİD-19 epidemiyasının qurbanlarının 94 faizi 60 yaşından yuxarı insanlardır.


Xatırladaq ki, 17 mart tarixindən Fransada karantin rejimi tətbiq olunub və insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Ölkədə 67 milyon əhali istisna hallarda evdən bayıra çıxır.
Ümumiyyətlə, qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 135 avrodan 375 avroya qədər cərimə olunurlar.
Ailə üzvlərinə, xüsusilə yaşlı valideynlərə baş çəkmək, ailəvi nahar yeməyi, dost-tanış məclisləri, hətta birgə gəzintilər də qadağan olunub. Yalnız müalicə almaq, köməksiz insanlara yardım, bazarlıq etmək, fərdi qaydada idmanla məşğul olmaq və işə getmək məqsədilə evi tərk etmək mümkündür.
Karantin rejiminin ilk günündən 226 min polis yoxlanışı həyata keçirilib və bu zaman 18 min cərimə yazılıb. Cərimələrin 122-si yeni qaydalara zidd gedərək mağazasını işlətməkdə davam edən kommersantlara tətbiq olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-karantin-rejimini-pozduguna-gore-18-000-nefer-cerimelendi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR