Sürücülər üçün səyyar həkim məntəqələri təşkil edildi - Səhhətləri nəzarətdə saxlanılır (FOTO)

Sürücülər üçün səyyar həkim məntəqələri təşkil edildi - Səhhətləri nəzarətdə saxlanılır (FOTO)
16:03 20 Mart 2020
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada vüsət alan “Kovid-19” virusunun ölkəmizdə yayılmaması məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərə dəstək məqsədilə "Xaliq Faiqoğlu" şirkəti istismarında olan müntəzəm marşrut xətlərində qabaqlayıcı tədbirləri davam etdirir.

Publika.az xəbər verir ki, sərnişinlərin və sürücülərin səhhətinə, onların təhlükəsizliyinə xüsusi diqqət göstərən şirkət kəskin respirator virusa yoluxma riski ilə əlaqədar səyyar həkim məntəqələri təşkil edib. 4 nəfərdən ibarət ixtisaslaşmış tibbi heyətin yer aldığı məntəqələrdə gün ərzində sürücülərin hərarətinin yoxlanması, onların səhhətinin nəzarətdə saxlanması nəzərdə tutulub. Şirkətin istismarında olan bütün marşrut xətlərini əhatə edən aksiya zamanı həkimlər onlara müraciət edən digər şəxslərə də bacardıqları tibbi yardımı göstərəcək və məsləhətlər verəcəklər.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" şirkəti tərəfindən hər gün bütün avtobus sürücülərinin reysə çıxmazdan əvvəl həkim müayinəsindən keçməsi təşkil edilir. Şirkət sosial və korporativ məsuliyyəti çərçivəsində daim dövlətimizin təyin etdiyi vəzifələr istiqamətində dəstəyini əsirgəmir və işini yüksək səviyyədə görməyə çalışır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/308369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR