ITALDIZAIN şirkətinin baş direktoru: Bayram elə bayram olaraq qalır və bizim bayram əhval-ruhiyyəsini təmin edən biznes olaraq vəzifəmiz bunu reallaşdırmaqdır

ITALDIZAIN şirkətinin baş direktoru: Bayram elə bayram olaraq qalır və bizim bayram əhval-ruhiyyəsini təmin edən biznes olaraq vəzifəmiz bunu reallaşdırmaqdır
18:12 20 Mart 2020
110 Ölkə
Ölkə mətbuatı
A- A+

İki ay əvvəl heç kim təsəvvür edə bilməzdi ki, adi virus infeksiyası şəhərləri, ölkələri, hətta qitələri, bütün dünyanı şok vəziyyətinə salacaq. Amma təəssüf ki, bu, günümüzün reallığıdır. Biz bir ölkə olaraq bu prosesdən kənarda qalmamışıq. Ölkə hökuməti və ilk növbədə dövlət başçısı bu virusun yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirləri görür. Biz də zəruri məhdudiyyət tədbirlərinin tətbiq olunmasını anlayışla yanaşırıq və bu tədbirlərə əməl etməyə çalışırıq. Bu tədbirləri özəl sektor, ilk növbədə bizneslər dəstəkləməlidir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə koronavirusla bağlı yaranmış vəziyyətin biznesə təsirini qiymətləndirən ITALDIZAIN şirkətinin baş direktoru Elçin Zeynalov deyib.

O deyib: "Çətin ki, kimsə ənənəvi yaşıl və şirin Novruz bayramının bu cür mürəkkəb vəziyyətdə keçdiyini xatırlayır. Amma bayram elə bayram olaraq qalır və bizim bayram əhval-ruhiyyəsini təmin edən biznes olaraq vəzifəmiz, bunu reallaşdırmaqdır. Ənənəvi olaraq Novruz ərəfəsində ITALDIZAIN holdinqinin mağazalarının qapıları bağlanmırdı. İnsanlar bayram hazırlığı görürdü, məişət predmetlərini əldə etməyə, yaxınlarına və doğmalarına hədiyyələr almağa tələsirdi. Amma bu il virusla bağlı vəziyyət onları daha ehtiyatlı olmağa vadar edir. İnsanlar mağazalara getməyi təxirə salmağa üstünlük verir. O zaman biz qərar verdik: Biz sizə gəlirik. ITALDIZAIN telefonla sifariş qəbulu, eləcə də evlərə pulsuz çatdırılma sistemini işə saldı ki, evlərdə bayram olsun!"

Baş direktor qeyd edib ki, bununla belə, bu cür mürəkkəb dövr biznesin özü üçün də asan deyil:

"Mağazalara gediş-gəliş ciddi şəkildə azalıb, satış həcmi, dövriyyə aşağı düşüb. Bu da o deməkdir ki, butiklərin gəlirləri azalıb. Bu mağazalarda həm epidemioloji baxımdan yaranan vəziyyətdən, həm də gələcək vəziyyət baxımından narahat olan sadə insanlar işləyirlər.
İlk növbədə ITALDIZAIN öz əməkdaşlarının maliyyə təhlükəsizliyini təmin edib. Virusun yayılması ilə əlaqədar yaranan iqtisadi təzyiq şəraitində holdinq əməkdaşları qarşısında öhdəliklərini yerinə yetirməyə davam edir".

E.Zeynalov bildirib ki, işçilərin rifahından şirkətin özünün rifahı asılıdır:

"Ştat üzrə ödəmələrin təmin olunması ilə yanaşı, əlavə tədbirlər də görülüb. Məsələn, 60 yaşdan yuxarı işçilər, hamilə əməkdaşlar, eləcə də yüksək risk qrupundakı işçilər şirkət tərəfindən müddətsiz ödənişli məzuniyyətlə təmin olunub. Bu, onlara peşəkarlar tərəfindən tövsiyə olunan özünütəcridə tam şəkildə əməl etməyə imkan yaradır".

Baş direktor əlavə edib ki, sosial məsuliyyət, şirkətin hər bir müştərisi və əməkdaşına görə məsuliyyəti hər zaman ITALDIZAIN holdinqinin priroritetləri olub:

"Biz bütün zəruri ehtiyat tədbirlərini görmüşük. Salonların gündəlik işi ilə məşğul olmayan əməkdaşlar distant iş üçün evə buraxılıb. İşləyən bütün əməkdaşlar zəruri sayda şəxsi gigiyena vasitələri, respirator maskaları ilə təmin olunub. Bütün mağazalarda əllərin dezinfeksiyası üçün vasitələr qoyulub. Əlbəttə, hər bir əməkdaşımız bizim üçün vacibdir. ITALDIZAIN şirkəti hər bir işçinin peşəkar hazırlığı üçün çox qüvvə və vaxt sərf edib. Biz bu çətin dövrdə onların narahatlığını başa düşürük və onların hər birini əmin etmək istəyirik ki, harada işləməsindən asılı olmayaraq - iş yerində, evdə və ya müştərilərə evə sifariş çatdırarkən - onların sosial təhlükəsizliyi təmin edilib. Bütün çətinliklərə baxmayaraq, onların əməkhaqları vaxtında və tam şəkildə ödəniləcək. Qoy bu bahar bayramı hamı üçün isti və işıqlı olsun, bütün həyəcanlar və narahatlıqlar isə keçmişdə qalsın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR