Lənkəran sakinindən narkotik vasitələr götürüldü

Lənkəran sakinindən narkotik vasitələr götürüldü
18:22 20 Mart 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini H.Həsənov saxlanılıb və axtarış zamanı ondan narkotik vasitələr aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsindən Milli.Az-a verilən məlumata görə, əməkdaşlara daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənov Binəqədi rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın heroin, 30 qrama yaxın tiryək, 32 qramdan artıq metamfetamin və 4 qram metadon aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 515 qram heroin, 1 kiloqram 560 qram marixuana, 588 qramdan artıq tiryək, 492 qramdan artıq metamfetamin, 32 qram metadon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/835352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR