Masallı polisi koronavirus əleyhinə aksiya keçirdi

Masallı polisi koronavirus əleyhinə aksiya keçirdi
20:37 20 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

Respublikada yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq Masallı Rayon Polis Şöbəsi tərəfindən maraqlı aksiya təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və avtomobillərdə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanılıb.


Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb. Sürücülər aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb.
Tədbirlər eyni zamanda Masallı Rayon Polis Şöbəsində də davam etdirilir. Belə ki, şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya edilməsi və tibbi maska ilə təmin olunması həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masalli-polisi-koronavirus-eleyhine-aksiya-kecirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR