Ülviyyə Mahmudovadan MÜHÜM ÇAĞIRIŞ

Ülviyyə Mahmudovadan MÜHÜM ÇAĞIRIŞ
10:28 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova koronavirusla mübarizə çərçivəsində Nargis” Fondunun yaşlı insanlara dəstək olmağa qərar verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ülviyyə Mahmudova bu barədə instaqram səhifəsində açıqlama yayıb:

“Dostlar! Anlayırıq ki, dünyada yaranmış vəziyyətlə əlaqədar hazırda yaşlı insanlara xüsusilə çətindir. Bu səbəbdən tanıdığınız, bildiyiniz maddi və mənəvi dəstəyə ehtiyacı olan, evindən çıxmağa çətinlik çəkən, tənha olan yaşlılar barədə sahib olduğunuz istənilən məlumatı (əlaqə nömrəsi, ünvan) bizimlə paylaşmağınızı xahiş edirik. “Nargis” Fondu olaraq köməklik göstərməyə çalışacağıq”.

Məlumat üçün bildirək ki, təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib.

Ülviyyə Mahmudova filalogiya elmləri doktoru, professor Nərgiz Paşayevanın qızıdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR