Avropa Yayım İttifaqından CİDDİ QƏRAR - Bu mahnılara icazə verilməyəcək

Avropa Yayım İttifaqından CİDDİ QƏRAR - Bu mahnılara icazə verilməyəcək
11:53 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən bu il may ayında Niderlandda keçiriləcək “Eurovision 2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib.

Publika.az xəbər verir ki, müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gələn təçkilatçılar 2020-ci ildə seçilən iştirakçıların ölkələrini gələn il yarışmada təmsil etmək hüququnu saxlayıb. Lakin təşkilatçılar COVID-19 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışmada ölkələrin istədikləri qaydada müsabiqədə təmsilçilərini dəyişdirmələrinə və ya buraxmalarına icazə verməyi qərara alıb. Daha bir mühüm qərar ondan ibarətdir ki, iştirakçılar yarışmada bütün hallarda yeni mahnılarla çıxış etməli olacaq.

“Müsabiqə şurası qərara gəldi ki, müsabiqənin qaydalarına uyğun olaraq, bu ilin mahnılarının 2021-ci ildə müsabiqədə iştirakına icazə verilməyək”, - deyə təşkilatçıların bəyanatında vurğulanıb.

Odur ki, 2021-ci ildə Azərbaycanı beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək iştirakçı - Samirə Əfəndi “Cleopatra” kompozisiyasını gələn il yenisi ilə əvəz etməli olacaq.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR