İş yerlərində koronavirusdan qorunmaq üçün bunları edin - TÖVSİYƏLƏR

İş yerlərində koronavirusdan qorunmaq üçün bunları edin - TÖVSİYƏLƏR
12:42 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq iş yerlərində, ofislərdə bir sıra tədbirlərin görülməsi vacib sayılır. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi bununla bağlı sosial şəbəkədə infoqrafiyalar paylaşıb.

İş yerində koronavirus xəstəliyinə (COVID-19) hazırlıqlı olun
Səthləri (masa və.s) və əşyaları (telefon, klaviatura və.s) müntəzəm olaraq dezinfeksiyaedici məhlulla təmizləyin.

İşçilərinizi, podratçılarınızı və müştərilərinizi məlumatlandırın ki, əgər ətrafda koronavirusa yoluxma halı varsa, hətta, yüngül öskürək və yaxud hərarət müşahidə edilən hər kəs evdən çölə çıxmasın.

İş yerinizi gigyenik cəhətdən təmiz saxlayın.
Əlləri müntəzəm və hərtərəfli yumağa təşfiq edin.
Respirator xəstəliklərin əlamətləri müşahidə edilən şəxsləri gigiyena qaydalarına riayət etməyə çağırın.

İş səfərinə çıxmazdan öncə yerli rəsmi qurumlar tərəfindən verilmiş tövsiyələri nəzərdən keçirin.
Xəstə insanlara evdə qalmağı tövsiyə  edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR