Peugeot 208 "Avropada ilin avtomobili" seçilib - FOTO

Peugeot 208 "Avropada ilin avtomobili" seçilib - FOTO
13:05 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Hər il keçirilən "Avropada ilin avtomobili" yarışmasının qalibi ikinci nəsil Peugeot 208 hetçbek olub. Bundan əvvəl, fransız markası 2017-ci ildə - 3008 krossoveri, 2014-cü ildə - beşqapılı 308 hetçbeki, 2002-ci ildə isə, 307 modeli ilə ilk yerləri tutmuşdur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, müsabiqənin münsiflər heyətində Avropanın 23 ölkəsindən olan 60 jurnalist təmsil olunub. Bu jurnalistlər arasında aparılmış səsvermənin nəticələrinə görə Peugeot 208 modeli 281 xal toplayıb. Fransız avtomobili ikinci yeri tutmuş Tesla Model 3 elektrokarını 39 xal üstələyib.

Üçüncü yeri Porsche Taycan elektrokarı (222 xal), dördüncü yeri Renault Clio hetçbeki (211 xal), beşinci yeri isə Ford Puma yığcam krossoveri (209 xal) tutub. Onları Toyota Corolla (152 xal) və BMW 1-Series (133 xal) təqib edib.

Ötən il Avropanın ən yaxşı avtomobili adına Jaguar I-Pace elektrokarı layiq görülmüşdü. İkinci turda Jaguar elektrokarı ortamühərrikli Alpine A110 idman avtomobili ilə qələbə uğrunda mübarizə aparmalı olub, çünki birinci turda hər iki model eyni sayda xal toplamışdı. Nəticədə, birinci yerə Jaguar elektrokarı layiq görülüb.

Bundan əvvəl yarışın qalibləri Volvo XC40, Opel Astra, Volkswagen Passat və Golf modelləri olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR