Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO
14:13 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Müslüm Gursəsin həyat yoldaşı, məşhur aktrisa Muhterem Nur musiqiçinin məzarında dəfn edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edən Müslüm Gürsəsin həyat yoldaşı Muhterem Nur Zincirlikuyu Məscidində qılınan cənazə namazından sonra son mənzilə yola salınıb. Koronavirus tədbirləri səbəbiylə çox az adamın qatıldığı mərasimdə Nurun vəsiəti yerinə yetirilib. Belə ki, o, həyat yoldaşının məzarında dəfn edilib.

Yaxınları bildirib ki, Muhterem Nur Müslüm Gursəsin ölümündən sonra ona qovuşmağa tələsib. O, ölümü M.Gursəsə qovuşmaq kimi qəbul edib. Qeyd edək ki, 26 il birlikdə ömür sürən cütlüyün arasında 20 yaş fərqi olub. Aktrisa musiqiçidən yaşca böyük olsa və uşaqları olmasa da, bu onların münasibətlərinə təsir etməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR