Qatlana bilən telefonların ən böyük iki problemi

Qatlana bilən telefonların ən böyük iki problemi
14:57 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Qatlana bilən telefonlar dayanıqlılıq və batareya ömürü mövzusunda suallar doğurmağa davam edir.

Samsung və Huawei şirkətlərinin araşdırmaları nəticəsində qatlana bilən smartfonlar sürətlə həyatımıza daxil olur. Hətta Samsung şirkətinin istehsal etdiyi smartfon Galaxy Z Flip, istifadəçilərin böyük marağına səbəb oldu.

Smartfonların batareya ömürləri son bir neçə il ərzində böyük bir inkişaf görmədi. Əsas olaraq smartfonların batareya ömürləri yalnız bir günə yetir. Hamımız gecə telefonlarımızı yenidən enerji ilə təmin etməyə çalışırıq.

Bu anda istifadə etdiyimiz az qala bütün smartfonlar şüşə və plastik vəsaitdən hazırlanır. Telefonların şüşədən edilməsi, bu bahalı cihazları olduqca kövrək edir. Ən müasir şüşə texnologiyası ilə istehsal edilən smartfonların belə ekranları yerə düşəndə qırılır.

Qatlana bilən smartfonlar isə struktur cəhətdən daha həssas bir dizayna malikdir. Cihazların çərçivələri metal olsa da, ekranları böyük ölçüdə ultra incə şüşə ya da plastikdən olur. Bu səbəbdən, bu smartfonları, həddindən artıq kövrək standart smartfonlardan belə daha kövrək edir. Texnologiya istehsalçılarının bu problemə gələcəkdə necə bir həll tapacaqları isə hazırda müəmmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR