Bayram gecəsi avtomobil ehtiyat hissələri mağazasından oğurluq olub

Bayram gecəsi avtomobil ehtiyat hissələri mağazasından oğurluq olub
15:42 21 Mart 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin texniki vasitələri ilə qorunan obyektlərindən birindən oğurluq edilməsinin qarşısı alınıb. 
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumta görə, həmin ünvanda yerləşən xüsusi texniki vasitələrlə qorunan avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Qeyd edilən ərazi üzrə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn 30 saniyə içində gələn idarənin polis əməkdaşları oradan bir nəfərin oğurluq etdiyinin şahidi olublar.
Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışsa da, mhafizə polislərinin çevikliyi sayəsində şübhəli şəxsi saxlamaq mümkün olub. Daha sonra həmin şəxs ərazi üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman onun Yardımlı rayon sakini Hüseyn Dadaşzadə olduğu məlum olub.Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun paytaxt ərazisində daha bir neçə obyekdən oğurluq etdiyi məlum olub.
Hüseyn Dadaşzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bayram-gecesi-avtomobil-ehtiyat-hisseleri-magazasindan-ogurluq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR