Boyun ostexondrozuna qarşı 8 fiziki hərəkət

Boyun ostexondrozuna qarşı 8 fiziki hərəkət
16:17 21 Mart 2020
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Boyun osteoxondrozunun ilk əlamətləri - kürəkdə ağrı, baş ağrısı, baş gicəllənmə, gözlərdə qarışqa hissiyatı, eşitmənin zəifləməsi, yeriş zamanı müvazinətin pozulması nəticəsində silkələnmə.
Bunların olmaması üçün aşağıdakı 8 fiziki hərəkəti təqdim edirik:
1. Çənəni aşağı boyuna tərəf salın, başı əvvəlcə 5 dəfə sağa, sonra işə 5 dəfə sola çevirin.
2. Çənəni bir az qaldırın, başı əvvəlcə 5 dəfə sağa, sonra isə sola 5 dəfə çevirin.
3. Başı sağa əyin, çalışın qulaq çiyinə yaxınlaşsın 5 dəfə sağa, sonra isə eyni hərəkəti sol tərəfə edin.
4. Başı düz tutun, çənəni vidaci çuxura tərəf sıxın. Bu zaman başın təpəsi yuxarıya doğru dartılır.
5. Alını ovuca basın və boyun əzələlərini gərginləşdirin. Hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
6. Boyun əzələlərini gərginləşdirin, sol gicgahı sol ovuca basın, sağ gicgahı sağ ovuca basın. Hər hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
7. Çənəni düz tutun, əlləri başın arxasına keçirin, baş ilə əllərə təzyiq edin, bu hərəkəti 3 dəfə 7 saniyə təkrar edin.
8. Əlləri barmaqlarada birləşdirin, çənənın altına gətirin, çənəni əllərə sıxın, bu hərəkəti də 3 dəfə 7 saniyə təkrar edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR