Qırğızıstanda fövqəladə vəziyyət elan edildi

Qırğızıstanda fövqəladə vəziyyət elan edildi
16:32 21 Mart 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

Orta Asiya ölkəsi Qırğızıstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.
Fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.
Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb. Bütün yoluxmalar Səudiyyə Ərəbistanı və Küveytdəki müqəddəs ziyarətgahlara səfər edən şəxslərdir. 
Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 284 649-ya çatıb. Bunların 93 575 nəfəri sağalıb, 11 842 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qirgizistanda-fovqelade-veziyyet-elan-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR