Salyanda maşın aşdı, 1 nəfər xəsarət aldı

Salyanda maşın aşdı, 1 nəfər xəsarət aldı
17:22 21 Mart 2020
119 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Renault” markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Fətullayeva Səbahət İsmayıl qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-masin-asdi-1-nefer-xesaret-aldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR