Salyanda 30 yaşlı kişi bıçaqlandı

Salyanda 30 yaşlı kişi bıçaqlandı
17:47 21 Mart 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qardili kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Babayev Elmir Namiq oğlu sol qabırğa altının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Yaralı əməliyyat olunduqdan sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 
İlkin məlumata görə, E.Babayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-30-yasli-kisi-bicaqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR