Karonavirusla bağlı hökumətdən vacib tövsiyələr

Karonavirusla bağlı hökumətdən vacib tövsiyələr
19:13 21 Mart 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus səbəbindən Britaniya səlahiyyətliləri vətəndaşları təcili ehtiyac olmadan evlərini tərk etməməyə və çölə çıxdıqları təqdirdə bir-birlərindən uzaq olmağa çağırır. Mümkünsə - iki metr məsafədə. Həkimlərin fikrincə, bu tədbir koronavirusun yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Aydın məsələdir ki, sosial məsafə tədbirlərinə həm psixoloji, həm də praktikada riayət etmək asan deyil. Bununla birlikdə, əhali daha altı ay ərzində bu tədbirə riayət etməli olacaq. Bu, xüsusilə yaşlılar, həm də xroniki xəstəliklərdən zəifləyən insanlar üçün vacibdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya hakimiyyət orqanlarının bir il müddətinə məhdudlaşdırıcı tədbirlər görməyi tövsiyə edən məsləhəti Fövqəladə hallar üzrə Elmi və Məsləhət Qrupunun (SAGE) verdiyi nəticələrə əsaslanır.

Ciddi tədbirlərə məktəblərin bağlanması və bütün əhali üçün sosial məsafə daxildir. Daha az sərt tədbirlərə zəruri hallarda özünü təcrid etmək daxil ediləcək. Bu rejimdə məsafəni saxlamaq yalnız risk altında olanlardan tələb olunacaq.

Karantinin müvəqqəti yumşalması ilə daha ciddi tədbirlərin alternativlərini həyata keçirməkdə məqsəd - səlahiyyətlilərin epidemiyanı nəzarətdə saxlamaq və reanimasiya şöbələrində sıxlığın qarşısını almaqdır.

Strateji Məsləhətçi Ekspertlər Qrupunun (SAGE) tövsiyələri:

Ən dəqiq hesablamalara görə, ölüm halları yoluxanların sayının 0,5-1% -ni təşkil edir.

Reanimasiya şöbələri üçün həyata keçirilən tədbirlərin öz təsirini göstərməsi üçün 2-3 həftə vaxt lazımdır.

Daha sərt tədbirlərin tətbiqi və ya zəiflədilməsi barədə qərar həm milli, həm də yerli səviyyədə qəbul ediləcək, bu da Londonda daha sərt karantinin tətbiq olunacağını nəzərdə tutur.

İsti havaların yeni virusun yayılmasına hər hansı bir təsiri olub-olmadığı hələ məlum deyil.

Belə şəraitdə geniş miqyaslı iğtişaşlar mümkün deyil və nadir hallarda baş verir, altruizm ümumiyyətlə, üstünlük təşkil edir.

Hökümət strategiyasının əsasını təşkil edən elmi hesablamalar göstərir ki, normal həyata qayıtmaq təxminən bir il sonra mümkün olacaq. Bu müddətin yarısından çoxuna indi tətbiq olunan ciddi karantin tədbirləri, o cümlədən məktəblərin bağlanması da daxil olacaq.

Yoluxanların sayına nəzarət etmək üçün sərt tədbirlər növbə ilə dəyişdiriləcək.

Hökümətin məqsədi reanimasiya şöbələrinin kollapsına gətirib çıxaracaq infeksiyanın yayılmasının kəskin sıçrayışının qarşısını almaqdır.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/308433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR