Neymar "Barselona"ya qayıtmaqda qərarlıdır

Neymar "Barselona"ya qayıtmaqda qərarlıdır
23:08 21 Mart 2020
235 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Neymarın "Barselona"ya qayıtmaq istədiyi xəbəri yayılıb.

Publika.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.Braziliyalı hücumçunun yenidən Lionel Messi və Luis Suareslə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR