ABŞ-da Milad qasırğası (VİDEO)

ABŞ-da Milad qasırğası (VİDEO)
11:15 25 Dekabr 2014
112 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Cənub-Şərqində güclü qasırğa baş verib.

ANS PRESS-in məlumatına görə, Milad tətilinə hazırlaşan amerikalılar leysan yağışlarından sonra indi də qasırğaya görə çətin vəziyyətə düşüblər.

Ölkənin Ceorgia, Lousiana və Misisipi əyalətlərində həyat iflic olub. İlkin məlumatlara görə, qasırğa dörd adamın ölümünə, çox sayda iş yeri və evi yerlə bir edib.

Mississippi əyalətində fövqəladə vəziyyət elan edilib. Qasırğa qarşısına çıxan hər şeyi göyə sovurub və darmadağın edib. Milad qasırğasına görə, çox sayda ev və iş yeri enerjisiz qalıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR