"Qalatasaray"dan transfer bombası: "Liverpul"un ulduzu...

"Qalatasaray"dan transfer bombası: "Liverpul"un ulduzu...
10:22 22 Mart 2020
188 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" video konfransı yolu ilə transfer çalışmalarını davam etdirir.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Liverpul"dan Herdan Şaqirinin transferini bitirməyə çalışır. 

"Qalatasaray" isveçrəli futbolçunu ötən transfer dönəmlərində də, istəmişdi. Amma keçid baş tutmamışdı. "Cim-Bom" bu dəfə Şaqirini heyətinə qatmaq üçün daha israrlıdı. İstanbullular "Liverpul"un ulduzunu icarəyə götürmək istəyir və artıq bununla bağlı qarşı tərəfə müraciət edib. 

Qeyd edək ki, "Liverpul" Şaqirini 2018-ci ilin yayında "Stok Siti"dən 14,7 milyon avroya alıb. Futbolçu cari mövsümdə Premyer Liqada 6 (1 qol), klublararası dünya çempionatında 2, Çempionlar Liqası və İngiltərə Super Kubokunda 1 oyuna çıxıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/835592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR