Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı

Gürcüstanda daha iki pasiyent koronavirusdan sağaldı
10:52 22 Mart 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha iki şəxs tam sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.
Onun sözlərinə görə, həmin pasiyentlərin koronavirusla bağlı təkrar testləri mənfi nəticə verib.
M.Ezuqbaya qeyd edib ki, sağalan şəxslərin biri ötən gün xəstəxananı tərk edib, digəri isə bu gün evə buraxılacaq.
Bununla qonşu ölkədə koronavirusdan sağalanların sayı üçə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-daha-iki-pasiyent-koronavirusdan-sagaldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR