Rusiya sərnişin təyyarəsi boşaldıldı - Ordu hərəkətə keçdi -/FOTOLAR

Rusiya sərnişin təyyarəsi boşaldıldı - Ordu hərəkətə keçdi -/FOTOLAR
12:08 22 Mart 2020
147 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada koronavirus pandemiyası ilə mübarizəyə ordu da qoşulub.

Publika.az xəbər verir ki, ordu gigiyena tədbirləri çərçivəsində təyyarələrlə təlimlər keçirilib.

TU-154 tipli təyyarədə baş tutan təlimlər çərçivəsində simvolik sərnişinlər əsgərlər tərəfindən qurulan çadırlara yerləşdirilib. Onlar analizdən keçirilib və koronavirusa qarşı müalicə ediliblər.

Ordunun tərkibində kazarmada və ondan kənarda xidmət edən bütün əsgərlərdən analiz götürülüb. Yataqxana, yeməkxana və tibbi otaqlar dərmanlanıb. Kazarmaya daxil olan avtomobillər təzyiqli su ilə yuyulub. Hər kəsin qızdırması ölçülüb. Əsgərlərə koronavirusla mübarizə ilə bağlı təlimlər keçilib. Ordunun arsenalındakı bütün silahlar dezinfeksiya edilib.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və qoşunların rəhbərləri ordunu koronavirusdan qorumaq və ictimai mübarizəyə əsgərlərin dəstək verməsi mövzusunda toplantı keçirmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/308478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR