İddiaçılar turnirində beşinci turun oyunları keçiriləcək

İddiaçılar turnirində beşinci turun oyunları keçiriləcək
12:17 22 Mart 2020
205 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bu gün beşinci turun oyunları keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin beşinci turunda amerikalı Fabiano Karuana Niderland təmsilçisi Aniş Giri, rusiyalı şahmatçılar Yan Nepomnyaşi çinli Hao Yanq, Kiril Alekseyenko fransalı Maksim Vaşe-Laqrav, Aleksandr Qrişuk Çinin digər təmsilçisi Liren Dinq ilə qarşılaşacaqlar.

Dörd turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2,5, A.Qrişuk, F.Karuana 2, K.Alekseenko, A.Giri, L.Dinq 1,5 xal toplayıblar.

On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/835617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR